1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: “Qarabağ”la “Səbail” eyni deyil"
"Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. "Qarabağ”la "Səbail” eyni səviyyəli komandlar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik".
Sportnet.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Samir Əliyev evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- İki fərqli hissə izlədik. İlk hissədə "Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusən, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?
- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.
- Komandalar arasında səviyyə fərqinin olduğunu dediniz. Ancaq "Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı...
- Komanda yenidir. Qış fasiləsində yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ən azı 7-8 oyun lazımdır ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz "Qarabağ”ın imkan verdiyi qədər oynadıq.
- Bu gün "Kəpəz” - "Keşlə” oyununda kimə azarkeşlik edirdiniz?
- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda "Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm "Keşlə”, həm də "Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.