Azərbaycan milli komandasının sabiq üzvü Ufuk Budakın çıxış etdiyi "Samsunspor" Türkiyə I liqasının XXIII turunda doğma azarkeşlər önündə "Ankaragücü" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ufuk bu matça start heyətdə başlayıb. Görüşün 76-cı dəqiqəsində əvəzlənən futbolçunun yerinə Enes İslam meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra xalların sayını 28-ə yüksəldən "Samsunspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





































































