1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi” Banişevskinin xatirə turnirində gümüş medal qazandı
"Neftçi” PFK əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin gümüş medallarını qazanıb.
Sportnet.az-ın məlumatına görə, komanda 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunmuş yarışın final matçında "Vətən”ə 1:2 hesabı ilə məğlub olub. "Neftçi”nin qolunu Yusif Əliyev vurub. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib.
Futbolçulara kubok və medalları "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının üzvü Səməd Qurbanov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular – Rüstəm Rəhimov, Maşallah Əhmədov, Asif Əliyev təqdim ediblər. Təşkilatçı qurum AFFA tərəfindən yubileylərini qeyd edən veteran futbolçular – Böyükağa Ağayev və Vaqif Hüseynova, həmçinin turniri ən yaxşı işıqlandıran KİV nümayəndəsi, "Futbol+” qəzetinin əməkdaşı Rəşad Qasımova xatirə hədiyyələri verilib.
Qeyd edək ki, "Neftçi” turnirin qrup mərhələsində "Rəvan”a (2:1) və "Keşlə”yə (3:0) qalib gəlmişdi.