
"Neftçi"nin yeni transferi Lukas Emanuel Qomes Azərbaycanı tərk edib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, "Zirə" ilə Topaz Premyer Liqasının XVII tur matçından sonra 31 yaşlı hücumçu vətəni Argentinaya yollanıb. Səbəb kimi onun atasının ağır xəstə olması göstərilib.
Qeyd edək ki, "Neftçi"yə qış transfer dövründə keçən Lukas Qomes fasilədən sonrakı hər 3 oyunda çıxış edib.