
İtaliyanın "Yuventus" klubunun qapıçıcı Canluici Buffon dəvət olacağı təqdirdə İtaliya milli komandasına qayıda bilər.
Sportnet.az-ın məlumatına görə, təcrübəli qolkiper yığma komandada oynamağa hazır olduğunu söyləyib. O, dəvət gələrsə, Argentina və İngiltərəyə qarşı yoldaşlıq görüşlərində oynamaq istəyini bəyan edib:
"İki vacib yoldaşlıq oyunu olacaq. Həmin vaxt ailəmlə istirahətə getməyə hazırlaşacağam. Amma milli komandanın mənə ehtiyacı varsa, oynamağa tam hazıram. Yığmanı ata bilmərəm. Mən bu komandaya sədaqətimə və məsuliyyətli olduğuma görə bunu edirəm. İtaliyanın Argentina və İngiltərə komandaları ilə görüşdə milliyə kömək edə biləcək təcrübəli futbolçuları var".
Qeyd edək ki, İtaliya Argentina ilə martın 23-də, İngiltərə ilə isə martın 27-də qarşılaşacaq.