Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, "Keşlə”nin əvəzedici komandası ilə qarşılaşan U-19 4:0 hesablı qələbə qazanıb. Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub. Rusiya "Rostov"unun sabiq futbolçusu olan Talıbov yığmaya bir neçə gün öncə cəlb olunub.
U-19 növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. "Qəbələ”nin əvəzedici komandası ilə Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.