"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE klubu futbolçusu Anton Belezyakı icarəyə verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna kimi Belarusun "Sputnik" komandasında çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq.