1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın oyunu təxirə salındı - RƏSMİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümün açılış oyunu təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubunun Peşəkar Futbol Liqasına (PFL) müraciət əsasında baş verib. Ağdam təmsilçisi avqustun 14-də III təsnifat mərhələsinin Belarusda BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün I turda "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL I turun avqustun 10-da keçirilməli olan "Qarabağ” – "Zirə” görüşünü sentyabrın 26-a təyin edib.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salındığı üçün açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Bu matçın "Kapital Bank Arena"da baş tutmamasının səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 12-də əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlanacaq. Saat 21:00-da isə "Keşlə" "ASK Arena"da "Sabah"ı sınağa çəkəcək.