
"Sumqayıt” uığma komandandaların Millətlər Liqasındakı çıxışı ilə əlaqədar çempionatda yaranmış fasilə hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün saat 10:00-da növbəti məşqini keçirib. Milli komandaların heyətində olan Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev, Ülvi İsgəndərov və zədəli Rail Məlikov hazırlıq prosesində iştirak etməyib.
Yüngül zədəsi olan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib. Təxminən 1,5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində qurulub. Sonda ikitərəfli oyunla məşqə yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt” çempionatda yaranmış fasilədən istifadə edərək yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqib yaxın günlərdə bilinəcək.