1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asim Xudiyev: "Neftçi"nin qolunda ofsayd var idi" - VİDEO
"Sumqayıt" klubunun "Qarabağ"la oyunda Rəşad Sadıqovun cərimə meydançası daxilində əlla oynadığını iddia etdiyi epizodu görməmişəm. Oyun günü şəhərdə olmadığımdan, görüşü izləyə bilmədim".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Premyer Liqanın IV turunun açılış və son oyunundakı mübahisəli epizodlar barədə danışarkən deyib. Xudiyev turun son matçında "Neftçi"nin "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdiyi oyunda flaqmanın vurduğu ikinci qol haqda da fikirlərini bölüşüb: "Turun son matçını izləmişəm. Kənardan müşahidə etdiyim odur ki, "Neftçi”nin ikinci qolu oyundan kənar vəziyyətdən vuruldu".
FİFA hakim-inspektoru sözügedən qarşılaşmada yan xətt hakimi Elman Kərimovun ofsayd qeydə almalı olduğunu deyib.
Qeyd edək ki, "Qarabağ"ın "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunun 90+4-cü dəqiqəsində Rəşad Sadıqovun cərimə meydançası daxilində uzaqlaşdırmaq istədiyi top onun əlinə dəyib. "Neftçi"nin mübahisəli epizodu isə "Keşlə" ilə görüşün 90+3-cü dəqiqəsində baş verib. Flaqmanın əks hücumu zamanı "Keşlə"nin qapıçısı Kamran Ağayev rəqibin cərimə meydanında olub. Bu zaman "Keşlə"nin sonuncu müdafiəçisi Samir Məsimov "Neftçi"nin 3 hücumçusu qarşısında tək qaldığından, düzxətli yox, irəli ötürmə, qaydalara əsasən, ofsayd sayılmalı idi.