"Komanda olaraq yaxşı çıxış etdik. Oyuna nəzarət bizim əlimizdə idi".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əli Sadıxov UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"i ilə 1:1 heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
19 yaşlı yarımmüdafiəçi buraxdıqları qoldan da söz açıb:"Bir səhv bizə baha başa gəldi. İnanıram ki, cavab qarşılaşmasında qələbə qazanacağıq".
Oyunun 57-ci dəqiqəsində penaltidən hesabı bərabərləşdirən oyunçu vurduğu qol barədə də fikirlərini bölüşüb: "Həmin an həyəcanlı deyildim. Tam rahatlıqla penaltini dəqiq yerinə yetirdim. Komanda cavab matçında qələbə üçün çalışacaq. Bundan başqa heç nə fikirləşmək istəmirik".