
Topaz Premyer Liqasının IX turunda "Zirə"ni qəbul edən "Sabah" iki itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, ikinci hissənin gedişində Kərim Diniyevlə Məqsəd İsayev zədələniblər. Onları müvafiq olaraq Elgün Nəbiyevlə Vadim Abdullayev əvəzləyib.
"Sabah"ın hücumçusu və hazırda 5 qolla bombardirlik yarışında lider olan Marko Deviç zədə səbəbindən oyunda iştirak etmir.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.