1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Özümü paltardəyişmə otağında söyürəm"
"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IX turunda səfərdə "Sabah"a 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə matç haqqındada danışıb: "Təəssüflənirik, dilxoruq. İki oyundur qol imkanlarıı yaradırıq, ancaq yenə uduzuruq. Qorxduğumuz başımıza gəldi. Əks-hücumdan qol buraxdıq. Bəxtə görə şikayət etmək istəmirəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən danışmağa haqqı yoxdu. Rəqiblər əziyyət çəkməsin, özümüz qol vurmağa imkan verəcəyik. Məşqdə hazırlaşdığımız bir çox şeylər alındı".
Abasov rəqibə təzyiq etdiklərini və bunun bəhrəsini gördüklərini bildirib:"Hər bir oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatake yox idi. Bu cür hallar bizə bəraət qazandırmır. "Zirə" adına xoş hal budur ki, oyunumuz artırır. Bilirəm ki, bu birdən-birə düzəlmir. Futbolçu topu çıxaranda bilmir ki, hansı zonaya çıxarmaq lazımdı, hardan təhlükə gəlir. Özümü paltardəyişmə otağında söyürəm. Hissiyyatım var idi ki, qol buraxağacağıq. Nə qədər təəccüblü görünsə də, oyunumuzu İlkin Muradov apardı. Gördük ki, dizbalans yaranıb. Ancaq Muradovun yerini dəyişikdə də qol buraxdıq. İkinci qola gəlincə, topu vurub çıxarırsanda, TPL-də oynayırsansa, bilməlisən hansı zonaya çıxarırsan".
O, bu oyuna görə çox üzüldüyünü vurğulayıb:"Udsaydıq, çox şad olardıq. Azarkeşlərimizə demək istəyirəm ki, səbirli olsunlar. Çox xahiş edirəm. "Zirə" rəhbərliyinin istəyi odur ki, layiqli yer tutaq. Alınmayacaqsa, mən və rəhbərlik düzgün qərar verəcəyik. Əlimizdə olan futbolçularla komanda qururuq. Dəyişəcək sehirli çubuğum də yoxdu. Ancaq inanıram və söz verirəm ki, dəyişikliklər olandan sonra "Zirə" ən yaxşılardan olacaq.