"Birinci hissədə ötürmələrlə oynadıq, 20 dəqiqə pressinq etdik. Sonra bir qədər arxaya çəkildik. Birinci hissənin sonunda qol vurduq. İkinci hissədə qol buraxdıq, hesab bərabərləşdi. Rəqibin bir çox qol imkanları oldu. Xüsusən standart vəziyyətlərdə təhlükəli oldular. Sonra biz oyunu bərabərləşdirdik və əks-hücumda oynamağa başladıq, boş zonalar tapdıq. Hesab edirəm ki, layiq olduğumuz ikinci qolu vurduq. Yalan danışmaq istəmirəm, bu gün bəxtimiz gətirdi. Çünki rəqibin bir çox imkanları oldu”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah”ın futbolçusu Vitaliy Kvaşuk doğma meydanda "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra keçirdiyi brifinqdə bildirib. 25 yaşlı yarımmmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Hesabı ədalətli saymaq olar?
- Bilmirəm. Bizm, "Sabah”ın komandasının nöqteyi-nəzərindən bu hesabı ədalətli sayırıq. Amma rəqib belə qəbul etməyə bilər, çünki qol vurmaq üçün bir çox imkanları oldu. Gözəl bir oyun oldu.
- Belə görünür ki, Marko Deviçsiz "Sabah” çətin oynayır.
- Təbii ki, Marko komandanın ayrılmaz parçasıdır. O, çox təcrübəli bir oyunçudur. Təbii ki, bu gün onsuz oynamaq çətin idi. Ancaq biz bu gün komanda kimi oynadıq. Cavid İmamverdiyev də öndə Marko Deviçin yerində böyük iş gördü. Bu, layiqli bir qələbə idi.
- Sizin bəxtiniz gətirdi, yoxsa "Sabah” ağıllı futbol oynadı?
- Biz birinci hissədə qol vurandan sonra ikinci hissədə geri çəkildik. Bu, məntiqli idi, çünki hesabda öndə idik və əks-hücumda oynamağa başladıq. Əgər görüşdə qalib gəlmişiksə, deməli, düz oynamışıq.
- Bunadək "Sabah”ın ön xətt oyunçularında yalnız Marko Deviç qol vurmuşdu. Bu gün Cavid İmamverdiyev də qol vurdu. Bəs sizə növbə nə zaman çatacaq?
- Bu gün Məqsəd İsayev də qol vurdu. Mənə gəlincə, bu istiqamətdə çalışıram.