"Çox çətin oyun oldu. 90 dəqiqə diqqətli oynadıq. Ən çətini də elə diqqətini oyuna cəmləmək idi. Çünki rəqibin güclü heyəti var. Bu gün göstərdik ki, yaxşı oynayıb, nəticə qazana bilirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Slavko Braliç evdə "Qarabağ"ı 3:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Xorvatiyalı müdafiəçi artıq əsas heyətdə daimi oynadığına diqqət çəkib: "Mövsümün əvvəlində əsas heyətdə mütəmadi olaraq oynamırdım. Amma artıq baş məşqçi bu mövqeni mənə də etibar edir. Bu etimada görə ona təşəkkür edirəm. Çalışacağam ki, baş məşqçinin etimadını həmişə doğruldum”.
Qeyd edək ki, Slavko Braliç "Qarabağ"la görüşdə sonadək meydanda olub.