
Bakının Mərdəkan qəsəbəsində yerləşən və AFFA-nın balansında olan "Dalğa Arena" təmirə bağlanılıb.
Sportnet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, stadionun ot örtüyündə bəzi yenilənmə işləri aparılır. Bildirilir ki, ot örtüyünün baxıma ehtiyacı olduğu üçün bu addım atılıb.
Bu səbəbdən, "Zirə" klubu Azərbaycan Premyer Liqasının X turunda "Səbail"i "Bakcell Arena”da qəbul edəcək.
Qeyd edək ki, "Sumqayıt" və "Zirə" klublarının ev oyunlarını keçirdiyi arenalar təmirdə olduğundan, onlar bu mövsüm "Dalğa Arena"dan yararlanıblar.