"Keşlə" klubunun futbolçusu Sertan Taşqının Sportnet.az-a müsahibəsi
- Türkiyənin I Liqasında çıxış edən "Altay" klubundan təklif aldığına dair xəbər yayılıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Mənim bundan xəbərim yoxdur. İndiyədək nə yerli, nə də xarici klubdan təklif almışam. Hazırda müqavilə üzrə "Keşlə"nin futbolçusuyam.
- Artıq qış hazırlıqlarına başlamısınız. Mövsümün ikinci yarısından nə gözləyirsiniz?
- Hələlik heç nə deyə bilmərəm. Çünki çoxlu oyunçumuz gedib. Bundan sonra kimlərin gəlib-gedəcəklərini də bilmirik. İnanıram ki, yaxşı olacaq.
- 6 oyunçu ilə yanaşı, Vaqif Cavadovun da "Keşlə"dən gedişi gündəmdədir. Bu, sənin üçün gözlənilməz olmadı?
- Gözlənilməzdir. Çünki komandanın təcrübəli üzvlərindən idi.
- Bəs göndərilən 4 əcnəbidən?
- Ebrima Sohna da əsas heyət üzvü idi. Necə olacağına baxacağıq. İndidən heç nə deyə bilmərəm.
- "Keşlə" Azərbaycan Kubokunda mübarizəni dayandırıb. Premyer Liqada avrokuboklara vəsiqə verən yerlərdən birini tutmağa gücünüz yetəcək?
- Biz də bunun üçün mübarizə aparacağıq. Hələ heç nə bitməyib, hər şey irəlidədir. Maksimum xal toplayaraq, Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq.