
"Keşlə" klubu Qazaxıstan "Tobol"unun futbolçusu Con Kamaranı transfer edib.
Sportnet.az-ın sports.kz-yə istinadən verdiyi məlumata görə, Syerra-Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Con Kamara "Kaysar"a 2016-cı ilin dekabrında keçib. 30 yaşlı oyunçu Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Ötən mövsüm 23 matça çıxan Kamaraya "Transfermartk" 400 min avro qiymət qoyub. Əvvəllər Livan, Yunanıstan və Latviya klublarının da formasını geyinmiş təcrübəli futbolçu Syerra-Leone yımasına 11 dəfə dəvət alıb.