
"Bizi qısa hazırlıq dövrü gözləyir. Sərəncamımızdakı vaxt azdır. Yanvarın 10-da Antalyaya yollanaraq 5 görüşə çıxacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin Antalya bölgəsində "Qarabağ"la yoxlama oyunu keçirəcək Rumıniyanın "Botoşani" klubunun baş məşqçisi Liviu Çebotariu deyib. 49 yaşlı mütəxəssis bildirib ki, güclü rəqiblərlə qarşılaşmağı özü istəyib: "Antalyada təcrübə dövrü keçəcəyik. İstədim ki, güclü rəqiblərlə çətin oyunlar keçirək. Geriyə hazır vəziyyətdə qayıdacağımızı gözləyirik".
Qeyd edək ki, "Botoşani" "Qarabağ"la yanvarın 12-də qarşılaşacaq. Daha bir rəqib isə Bolqarıstan "Ludoqorets"i olacaq.