Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb.
Sportnet.az-ın məlumatına görə, Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Eskişehirspor"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub.
"Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.
-------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın iki klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə debütant "Sabah" Türkiyənin I Divizion təmsilçisi "Eskişehirspor"la üz-üzə gələcək. "Eskişehirspor" ilk dövrəni 16 xalla 16-cı pillədə başa vurub. Bu komanda ilə görüş Belek qəsəbəsindəki "IC Santai" otelinin meydanında təşkil olunacaq.
"Qarabağ" isə Rumıniya "Botoşani"si ilə qarşılaşacaq. Görüş Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək. "Botoşani" 21 turdan sonra əsas liqada 26 xalla 10-cu pillədə qərarlaşıb.
Yoxlama oyunları
16:30. "Sabah" - "Eskişehirspor" - 1:0
Qol: Emil Qasımov, 68
30. Saşa Stamenkoviç, 77. Şakir Seyidov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 17. Təmkin Xəlilzadə, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 9. Marko Deviç.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 10. Cavid İmamverdiyev, 19. Məqsəd İsayev, 11. Elgün Nəbiyev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 97. Emil Qasımov, 12. Zahid Mərdanov, 21. Novruz Məmmədov.
18:30. "Qarabağ" - "Botoşani" - (güclü yağış səbəbindən ləğv olunub).