1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" "Neftçi"ni məğlub edən komandaya rəqib oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəqiblərindən biri dəyişib.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv yanvarın 16-da Özbəkistanın "Paxtakor” komandasının əvəzinə Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Türkiyədəki hazırlıq prosesinin ləğv olunmasıdır.
"Uypeşt" Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi yanvarın 19-da Çexiyanın "Bohemians”, 23-də Polşanın "Piast” və 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək. (Report)