Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandalarından 3-ü bu gün ilk yoxlama matçına çıxacaq.
Sportnet.az xəbər verir ki, "Zirə" və "Sumqayıt" Qazaxıstan, "Səbail" isə Macarıstan təmsilçisi ilə üz-üzə gələcək.
"Taraz" bu mövsüm yenidən Qazaxıstan Premyer Liqasında çıxış edəcəyi halda, "Jetısu" ötən mövsümü 6-cı pillədə başa vurub. "Aqvital" isə Macarıstanın səviyyədə ikinci liqasında 21 turdan sonra 33 xalla 6-cı pillədə yer alıb.
17:00. "Zirə" - "Taraz" (Qazaxıstan) - oyun leysan yağışına görə ləğv olunub
17:30. "Sumqayıt" - "Jetisu" (Qazaxıstan) - Oyun sabah saat 13:00-a təxirə salınıb
18:00. "Səbail" - "Aqvital” (Macarıstan) - Oyun sabah keçiriləcək
Qeyd edək ki, daha əvvəl "Sabah" Türkiyə "Eskişehirspor"unu 1:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə oyunu isə güclü yağış səbəbindən ləğv olunub.