Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Vüqar Məmmədin baş məşqçi olduğu yığmanın qollarını Tural Bayramov və Sərhat Daşdəmir vurub.
Qeyd edək ki, bu, Daşdəmirin üçüncü yoldaşlıq görüşündə 3-cü qolu olub. Rusiyanın "Krasnodar-3" və Küveytin U-19 yığması ilə oyunlarda da qalib müəyyənləşməyib - 1:1. İngiltərənin "Fayld" klubunda çıxış edən 19 yaşlı hücumçu daha əvvəl verdiyi müsahibədə Azərbaycana sevgisinin həddindən artıq böyük olduğunu açıqlayıb.