
"Keşlə" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov bildirib. Onun sözlərinə görə, Venesuela yığmasının futbolçusu Luis Penya müqavilə bağlamaq üçün Bakıya gəlib: "Bu futbolçu bizdə baxışda olmayıb, lakin oyununu izləyib, bəyənmişik. Pleymeyker mövqeydində çıxış edir. Onunla bir illik müqavilə bağlayacağıq".
Qeyd edək ki, 30 yaşlı Lus Anxelo Penya Puentesin son klubu vətənində "Mineros Quayana" olub. O, daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib ("Report").