AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, toplantıda Azərbaycan Kuboku, I divizion və əvəzedicilərin çempionatında ötən həftə keçirilmiş oyunlarla bağlı qərarlar qəbul olunub...
Azərbaycan Kubokunun 1/16 final mərhələsinin MOİK – "Lokomotiv” matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan Kubokunun 1/16 final mərhələsinin "Qaradağ Lökbatan” – "Zirə” matçının 55-ci dəqiqəsində "Zirə” klubunun futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Əvəzedici heyətlərinin IX turunun AZAL – "Bakı” matçında "Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
I Divizionun VIII turunun "Qaradağ Lökbatan” – "Ağsu” matçında "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 67-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 79-cı dəqiqəsində "Ağsu” klubunun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VIII turunun "Kəpəz” – "Zirə” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 90+2-cı dəqiqəsində "Zirə” klubunun futbolçusu Fərid Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VIII turunun "Şahdağ” – "Lokomotiv” matçının 66-cı dəqiqəsində "Şahdağ” klubunun futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 83-ci dəqiqəsində "Lokomotiv” klubunun futbolçusu Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 400 manat cərimə olunur.
I Divizionun VIII turunun "Turan-Tovuz” – "Neftçala” matçında "Turan-Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.