“Yığma komandaya baş məşqçi olmaq imkanı verildiyi üçün xoşbəxtəm və qüruru duyuram”.
Sportnet.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilən Nikola Yurçeviç “Jutarnji List” saytına deyib. 53 yaşlı xorvatiyalı mütəxəssis həmyerliləri ilə söhbətində yerli klubları və futbolçuları təhlil etdiyini söyləyib: “Son bir neçə həftədə yerli klubları və oyunçuları diqqətlə təhlil etdim. Ona görə də, məndə müəyyən mənzərə var. Hərçənd bütün işlərin məni gözlədiyi aydındır”.
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda Xorvatiya yığmasına qarşı keçirəcək. N.Yurçeviç deyib ki, ilk dəfə qarşı tərəfdə yer almaq qəribə hissdir: “Maksimir”dəki görüşün bir parçası olacağım üçün şadam. İlk dəfə qarşı tərəfdə yer almaq qəribə hissdir. Amma həyat belədir. İstənilən halda, bu oyunun baş tutacağından məmnunamş. Xorvatiya millisinin favorit olması hər kəsə aydındır. Mümkün qədər mübarizə aparmağa çalışacağıq”.
Germanijak.hr saytı isə N.Yurçeviçin Azərbaycan millisində illik 300 min avro maaş alacağını yazıb. Xəbərdə onun əmək haqqısının yığmanın sabiq baş məşqçisi Robert Prosineçki ilə müqayisədə 3 dəfə az olacağı vurğulanıb.
Qeyd edək ki, Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub.