
"Qarabağ"ın futbolçusu Donald Gerrye bədənindəki döymələrin mahiyyətindən danışıb.
Sportnet.az-ın məlumatına görə, haitili cinah oyunçusu martın 31-də qeyd etdiyi 30 yaşı ərəfəsində haititempo.com-a müsahibəsində hər bir tatuirovkasının bir anlama malik olduğunu bildirib. O, sağ əlində "Müqəddəs Məryəm"ə bənzəyən "Erzulie Freda"nın təsvirinin, solda və sağ əlinin 3 barmağında katolik inancının rəmzi işarəsinin yer aldığını diqqətə çatdırıb.
Bundan başqa Gerrye 2007-ci ildə dünyasını dəyişmiş qızı Mia Manetti sağ əl biləyində, digər 3 övladı - oğlu Kiçik Donald, qızları Şloya, Antoviya və Emiliyanı ürəyinin üstündə ulduzlarla göstərib.
Gerrye valideynləri və bacısını da unutmayıb. Bundan başqa futbolçu 2016 - 2018-ci illərdə Amerika Kuboku, Çempionlar Liqası və Avropa Liqasında iştirak etməsini sol əlində göstərib. Onun sağ əlində isə "DG77" seriyalı geyimlər markası əksini tapıb.
Gerryenin sol əlində təbiət mənzərəsi, çox sevdiyi qartalın, xaçabənzər əzələləri üzərində top təsviri də yer alıb. Futbolçu ürəyinin ortasındakı 9 başlı üçbucağın mənasını isə açıqlamayıb.
Qeyd edək ki, Donald Gerrye "Qarabağ"da 2017-ci ilin yayından çıxış edir. O, İdman Araşdırmalar Mərkəzi tərəfindən Azərbaycanda 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.