Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “Tobol”un formasını geyinən 25 yaşlı qolkiper VIII tur çərçivəsində “Ordabası” ilə ev matçında start heyətində yer alıb və sona qədər meydanda olub. Qarşılamada hesabı meydan sahibləri 78-ci dəqiqədə Azat Nurqaliyevin qolu ilə açsalar da, 90+4-cü dəqiqədə rəqibin heyətində Toktar Canqılışıbay fərqlənib – 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xalını 17-ə çatdıra “Tobol” 17 xalla ikinci sıradadır. Kostanay təmsilçisi lider “Astana”dan 8 xal geri qalsa da, bir oyun az keçirdib.