
Portuqaliya milli komandasının və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu gələcəkdə məşqçi ola bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı hücumçu AS nəşrinə açıqlamasında bildirib. Ronaldu karyerasını məşqçi kimi davam etdirmə variantını istisna etməyib. Təcrübəli forvard istənilən komandada özü kimi qalmağı üstün tutduğunu və heç kimdən yaxşı görünməyə cəhd etmədiyini vurğulayıb: "İş etikam həmişə eynidir: sakit qalmaq və hər şeyi bilmədiyini anlamaq. Ağıllısansa, səni ən yaxşı oyunçuya çevirən xırda məsələləri duyursan. "Yuventus"a əla uyğunlaşdım. Danışmaq və iş görmək fərqli məsələlərdir. Məhz bu səbəbdən, 5 dəfə "Qızıl top" və 5 dəfə Çempionlar Liqasını qazanmışam".
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la ötən yay 4 illik müqavilə bağlayıb.