
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında "Fair Play" və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, Komitənin sədri, İsveçrə Futbol Assosiasiyasının prezidenti Peter Gillieron toplantıda iştirak etməyib.
Budəfəki iclasa AFFA-nın baş katibi, sədr müavini Elxan Məmmədov sədrlik edib.