
Uelsin "Kardiff Siti" klubu İngiltərə Premyer Liqasındakı yerini itirib.
Sportnet.az-ın məlumatına görə, Nil Uornokun baş məşqçi olduğu kollektiv XXXVII turda "Kristal Pelas"a 2:3 hesabı ilə uduzaraq, 31 xalla 18-ci pillədə qalıb. "Kardiff Siti" sona bir tur qalmış 17-ci pillədəki "Brayton"un 4 xal gerisinə düşüb.
Daha əvvəl "Fulhem" və "Haddersfild Taun" da Premyer Liqadan məhrum olub.
Qeyd edək ki, 37 turdan sonra turnir cədvəlinə 94 xalla "Liverpul" başçılıq edir. İkinci pillədəki "Mançester Siti"nin 92 xalı var. "Üçlüy"ü 70 xalla "Tottenhem" qapayır.