
İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Premyer Liqanın XXXVII turunda "Nyukasl" komandası ilə görüşdə zədələnib.
Sportnet.az xəbər verir ki, 68-ci dəqiqədə Salah rəqib komandanın qapıçısı Martin Dubravka ilə toqquşaraq başından zədələnib. Həkimlər misirli futbolçuya yerində tibbi yardım göstərməyə çalışsalar da, sonda o, meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, hazırda "Liverpul" turnir cədvəlinin birinci pilləsində gedir.