
Azərbaycan Premyer Liqasının XXVII turunda "Səbail"i qəbul edən "Qarabağ" çempionluğa görə matçdan sonra atəşfəşanlıq edəcək.
Sportnet.az xəbər verir ki, bunun üçün Tofiq Bəhramov adına Respublika stadionunda lazım olan qurğular quraşdırılıb.
Qeyd edək ki, hazırda Ağdam təmsilçisi 3:0 hesabı ilə öndədir.