
“Əlbəttə, gözəl hisslərdir. Mən “Qarabağ”a qayıdanda “Neftçi”dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ən futbolçusu Riçard Almeyda "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri XXVII tur qarşılaşmasından sonra deyib.
Təcrübəli oyunçu jurnalistlərin digər suallarını da cavablandırıb.
- “Qarabağ”ın hegemonluğuna heç bir komandanın son qoya bilməməsinin səbəbi nədir?
- Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. Bu halda “Neftçi”nin çempion olması mümkün deyil.
- Futbol ictimaiyyəti çempionun adına son turda aydınlıq gəlməsini arzulayırdı. Hər şey son tura qalsaydı, necə olacaqdı?
- Təbii ki, insanlar üçün yaxşı mübarizə olardı. Bundan başqa, belə olması rəqiblərin güc balansını itirir. Çünki hər hansı səhv həlledici ola bilər. Son oyuna qalsaydı, bizim üçün tamam fərqli ola bilərdi.
- “Qarabağ”dakı gələcəyin necə olacaq?
- “Qarabağ”la 6 aylıq müqaviləm var. Ümid edirəm ki, hər şeyi yoluna qoya biləcəyik. “Qarabağ” mənim ailəmdir. Ailəm Azərbaycanı sevir. “Qarabağ” mənim ürəyimdədir. Burada olmaqdan çox məmnunam.