Türkiyənin "Qalatasaray" komandası "Hollandiya" millisinin və İngiltərə "Fuhem"inin futbolçusu Rayan Babellə razılıq əldə edib.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Forvard bu vaxt ərzində 10 milyon avro qazanacaq.
Qeyd edək ki, Rayan Babelin hazırkı klubu "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatır. Təcrübəli oyunçu bu ilin əvvəlində Türkiyənin digər komandası "Beşiktaş"dan London klubuna keçib. Babel karyerası ərzində "Liverpul" və "Ayaks"ın da formasını geyinib.