"Sabah" komandası 5 futbolçusu ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, paytaxt təmsilçisi müdafiəçilər Vanderson Silva, Novruz Məmmədov, qapıçı Tərlan Əhmədli, yarımmüdafiəçilər Bəxtiyar Soltanov və Tərzin Cahangirovla vidalaşıb.
Klub hər bir oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.