
"Qəbələ" klubunun Bakıda yaşayan ziyalı və ağsaqqallardan ibarət bir qrup azarkeşi Azərbaycan Kubokunun finalı öncəsi komandanın düşərgəsini ziyarət edib.
Sportnet.az xəbər verir ki, ziyalı fanatlar əyalət təmsilçisinə uğurlar arzulayıb.
Qeyd edək ki, "Qəbələ" ölkə kubokunun finalında mayın 19-da "Sumqayıt"la üz-üzə gələcək. Naxçıvan Muxtar Respublikasının Stadionunda baş tutacaq qarşılaşma saat 16:30-da başlayacaq.