
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı ölkə kubokunun final matçını canlı izləməyəcək.
Sportnet.az xəbər verir ki, bu, yığmanın məhz mayın 19-dan təlim-məşq toplanışına başlayacağı ilə əlaqədardır. Həmin gün finalçı yığma üzvləri və legionerlər istisna olmaqla, digər futbolçular Bakıda bir araya gələrək, hazırlığa start verəcəklər.
Qeyd edək ki, Naxçıvanda keçiriləcək final matçı saat 16:30-da başlanacaq. Millinin toplanışı Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiyaya qarşı nəzərdə tutulan AVRO-2020-nin seçmə qrup matçlarına hazırlıq xarakteri daşıyacaq.