
"Səbail" komandası 3 əcnəbi futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrinin paytaxt klubu ilə müqaviləsi başa çatıb.
Qəsəbə təmsilçisi oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Səbail" 2018-2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vuraraq Avropa Liqasında iştirakı təmin edib.