"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycan Kubokunun finalında "Sumqayıt"a qarşı oynamayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov açıqlama verib. Gənc mütəxəssis nigeriyalı yarımmüdafiəçinin xəstəliyi üzündən Naxçıvana gətirilmədiyini bildirib.
Adeniyidən əlavə, Sabien Lilay və Amil Seydiyev də bugünkü matçı buraxacaq. Hər iki oyunçu cəzalıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı saat 17:00-da başlanacaq.