"Qəbələ" və "Sumqayıt" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına bir saat qalmış Naxçıvanda güclü yağış başlayıb.
Sportnet.az-ın Naxçıvana ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün təşkil olunacağı şəhərdə hazırda leysan yağır.
Xoşbəxtlikdən, leysan qısamüddətli olub. Hazırda stadionda sərin hava şəraiti hökm sürür.
Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlanacaq.