"Bütün variantları nəzərdən keçirərək, "Çelsi" ilə final matçını buraxmağı qərara almalı oldum".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Arsenal"ının futbolçusu Henrix Mxitaryan Avropa Liqasının final matçında iştirak etməyəcəyinə dair qərarı şərh edərkən deyib. O bildirib ki, belə oyunlar hər bir futbolçunun karyerasında nadir hallarda baş verir: "Etiraf etməliyəm ki, mənə çox ağırdır. Çünki finalda iştirak edə bilmirəm. Komandam üçün həyəcan keçirəcək və dəstəkləyəcəyəm. Birlikdə kubok qazanaq!"
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.