
AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya yığmasını qəbul edəcək Azərbaycan millisinin açıq məşqi keçirilib.
Sportnet.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan hazırlıq prosesində 17 futbolçu iştirak edib. Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün tədbirlərə qatılan Qara Qarayev sabah geri dönəcək.
Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də qoşulacaq. Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də gələcək.