
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən danışılmış oyunlara görə saxlanılan futbolçulardan birinin vaxtilə Azərbaycanda çıxış etdiyi bəllli olub.
Sportnet.az-ın məlumatına görə, bu, "Report"un araşdırması nəticəsində üzə çıxıb. Tovuzun "Turan" komandasının sabiq futbolçusu Nikoloz Maisuradzedir.
Hazırda ölkəsinin "Vit Corciya" komandasında çıxış edən 30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısın "Turan"da keçirib. O, həmin il martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib.
Qeyd edək ki, Nikoloz Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib.