
"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Qara Qarayevlə müqavilənin müddətini uzadıb.
Spornet.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib. Oyunçunun yeni sözləşməsi 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Qara Qarayev Ağdam təmsilçisinin yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.