Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gündəliyə 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi və aşağıdakı məsələlər daxildir:
1. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
2. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
3. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
4. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
5. UEFA İntizam qaydaları (2019 buraxılışı)
6. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
7. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
8. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
9. UEFA Avropa Gənclər çempionatlarının formatı
10. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
11. UEFA Grassroots mükafatı 2019
Qeyd edək ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.