Rusiya "Spartak"ının futbolçusu Luis Adriano sevgilisi Yekaterina Dorojkonu 22 yaşı münasibətilə təbrik edib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu Dorojkoya "Porsche" hədiyyə edib.
Qeyd edək ki, Luis Adriano əvvəllər vətəni Braziliyada "İnternasyonal", Ukraynada "Şaxtyor" (Donetsk), İtaliyada isə "Milan"ın formasını geyinib. O, "Şaxtyor"da ikən UEFA Kubokunun qalibi olub.