
Cennaro Qattuzo İtaliyanın "Milan" klubunun baş məşqçi postundan istefa verib.
Sportnet.az-n məlumatına görə, bu barədə 41 yaşlı mütəxəssisin özü açıqlamasında bildirib. O, 18 ayadək rəhbərlik etdiyi komandanı tərk etməyin asan olmadığını söyləyib: "Bu, mənim ağır, amma düşünülmüş seçimimdir".
Qeyd edək ki, 2018-2019 mövsümündə "Milan" İtaliya A Seriyasında 5-ci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Cennaro Qattuzo bu komandada futbolçu kimi 1999 - 2012-ci illərdə forma geyinib. Onun adı klubun Şöhrət Zalına daxil edilib.