Luçano Spaletti növbəti mövsümdən İtaliyanın “İnter" futbol komandasının baş məşqçisi olmayacaq.
Sportnet.az klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis istefaya göndərilib. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Luçano Spaletti "İnter"ə 2017-ci ilin iyununda baş məşqçi təyin olunub. Təcrübəli mütəxəsis komanda ilə heç bir kubok qazana bilməsə də, ardıcıl 2 dəfə Çempionlar Liqasına vəsiqə əldə edib. İtaliyalı baş məşqçi əvvəllər "Empoli", "Sampdoriya", "Udineze" və "Roma", eləcə də Rusiyanın "Zenit" klublarında çalışıb.