19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.
Sportnet.az xəbər verir ki, hazırlıq prosesi iyunun 2-dən 6-dək Bakıda, iyunun 7-dən 10-dək Belarusun paytaxtı Minskdə keçiriləcək.
U-19 hazırlıq çərçivəsində belaruslu həmyaşıdları ilə yoldaşlıq görüşləri keçirəcək. İlk görüş iyunun 8-də (yerli vaxtla saat 18:00-da), növbəti matç isə iyunun 10-da (yerli vaxtla saat 11:00-da) baş tutacaq.
Komandanın baş məşqçisi Samir Əliyev hazırlıq prosesinə 20 oyunçu dəvət edib.
| № | SOYAD | AD | KLUB |
| 1 | Samiqullin | Rüstam | Strogino (Rusiya) |
| 2 | Arazlı | Ayhan | Qarabağ |
| 3 | Qurbanlı | Nihad | Neftci |
| 4 | Əbiyev | İlkin | Neftci |
| 5 | Məmmədov | Murad | Sabail |
| 6 | İbragimov | Elnur | Moskva klubunun akademiyası (Rusiya) |
| 7 | Qabaraev | Ruslan | ÇSKA (Moskov, Rusiya) |
| 8 | Əliyev | Zamiq | Qarabağ |
| 9 | Quliyev | Nihad | Qarabağ |
| 10 | Muradov | Xəyal | Qəbələ |
| 11 | Əsgərov | Vüsal | Neftci |
| 12 | Vəlizadə | Turan | Neftci |
| 13 | Zülfügarlı | İsmayıl | Neftci |
| 14 | Qarəhmədov | Ədilxan | Səbail |
| 15 | Bayramov | Tural | Qarabağ |
| 16 | Abdullazadə | Rüfət | Sumqayıt |
| 17 | Abdullazadə | Səbuhi | Sumqayıt |
| 18 | İnqılablı | İdris | Qəbələ |
| 19 | Mürsəlov | Ali | Qəbələ |
| 20 | Rzayev | Veysəl | Qəbələ |














































































